Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Babək rayon şöbəsi tərəfindən Nehrəm qəsəbəsi ərazisində suvarma arxlarında lil və çöküntülərdən təmizlənmə işləri aparılır. Görülən işlər nəticəsində arxların suötürmə qabiliyyəti bərpa olunur və əkin sahələrinin suvarma suyu ilə təminatı yaxşılaşdırılır.