Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Babək rayon şöbəsi tərəfindən Nehrəm qəsəbəsi ərazisində yerləşən kollektorun lil və çöküntülərdən təmizlənməsi istiqamətində işlər aparılır. Görülən tədbirlər çərçivəsində kollektorun 1515 metr hissəsində təmizləmə işləri icra edilir və proses mərhələli şəkildə davam etdirilir.