image

Nehrəm qəsəbəsində suvarma arxlarında təmizlənmə işləri həyata keçirilir

Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Babək şöbəsi tərəfindən rayonun Nehrəm qəsəbəsində payız suvarma mövsümündə əkin sahələrinin su təminatının yaxşılaşdırılması məqsədilə suvarma arxlarında təmizlənmə işləri həyata keçirilir. Görülən tədbirlər nəticəsində suyun maneəsiz və itkilərə yol verilmədən əkin sahələrinə çatdırılması təmin olunur.