image

Ordubad rayonunda vətəndaş qəbulu keçiriləcək

Avqustun 27-də Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini Malik Rzayev tərəfindən saat 10:00-dan 13:00-dək Ordubad Rayon İcra Hakimiyyətində rayon sakinlərinin qəbulu keçiriləcək. 
Qəbula gələn vətəndaşların qeydiyyatı 26 avqust  2024-cü il tarixində saat 10:00-dan 13:00-dək Ordubad Rayon İcra Hakimiyyətində aparılacaq. Qəbulda və qeydiyyatda iştirak edən vətəndaşların şəxsiyyət vəsiqələri ilə gəlmələri xahiş olunur.