Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Babək rayon şöbəsi tərəfindən rayonun Payız kəndi ərazisindən Payız gölünə gedən arxlar çöküntü və lil qatından təmizlənir. Görülən tədbirlər nəticəsində suyun gölə maneəsiz axıdılması, su ötürücülüyü təmin edilir.