Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Babək rayon şöbəsi tərəfindən Payız kəndinin içməli su təminatını yaxşılaşdırmaq məqsədilə mühüm tədbirlər həyata keçirilir. Bu çərçivədə Cəhriçay üzərində yeni kaptajın tikintisi aparılır, həmçinin mövcud kaptajlardan kəndə qədər olan su xəttində təmizləmə və bərpa işləri görülür. Layihə çərçivəsində diametri 219 millimetr olan 650 metr, diametri 160 millimetr olan isə 1300 metr uzunluğunda borular yeniləri ilə əvəz edilir. Görülən işlər nəticəsində kənd əhalisinin dayanıqlı və keyfiyyətli içməli su ilə təminatı daha da yaxşılaşdırılacaq.
Hazırda işlər mərhələlərlə davam etdirilir və yaxın vaxtlarda tam yekunlaşdırılması nəzərdə tutulur.