Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Şərur rayon şöbəsi tərəfindən suvarma mövsümünə hazırlıq işləri çərçivəsində rayonun ərazisində yerləşən Püsyan kollektorunda lildən təmizləmə işləri davam etdirilir. Görülən işlər çərçivəsində ümumi uzunluğu 10 kilometr olan kollektorun 6.64 kilometri lil və digər çöküntülərdən təmizlənmişdir. Hazırda ərazidə təmizləmə işləri davam etdirilir.