image

Püsyan kollektorunda lildən təmizləmə işləri davam etdirilir

Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Şərur rayon şöbəsi tərəfindən ərazidə meliorativ vəziyyəti yaxşılaşdırmaq üçün  Püsyan kollektorunda lildən təmizləmə işləri davam etdirilir. Görülən işlər çərçivəsində ümumi uzunluğu 10 kilometr olan kollektorun 9,96 kilometri lil, çöküntü və müxtəlif tullantılardan təmizlənmiş, kollektorun funksionallığı əhəmiyyətli dərəcədə yaxşılaşdırılmışdır. 
Hazırda ərazidə son tamamlanma işləri görülür və yaxın günlərdə təmizləmə işlərinin tam yekunlaşdırılması nəzərdə tutulur. İşlərin başa çatdırılması ilə kollektorun istismar vəziyyəti daha da yaxşılaşdırılacaq.