image

Püsyan kollektorunda təmizləmə işləri aparılır

Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Şərur rayon şöbəsi tərəfindən Şərur rayonu ərazisində yerləşən Püsyan kollektorunda təmizləmə işləri aparılır. Görülən işlər çərçivəsində kollektorun 1648 metr hissəsi lil və digər çöküntülərdən təmizlənmişdir. Hazırda ərazidə təmizləmə işləri mərhələli şəkildə davam etdirilir.