image

"Qanlıgöl" sututarının su buraxıcı qülləsinin əsaslı təmir olunub

Ötən il Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən həyata keçirilən mühüm layihələrdən biri məhz Şahbuz rayonunda yerləşən "Qanlıgöl" sututarının su buraxıcı qülləsinin əsaslı təmiridir. Dəniz səviyyəsindən 2424 metr yüksəklikdə yerləşən, Naxçıvanın görkəmli tarixi şəxsiyyəti olan Kəlbalı xan Kəngərlinin himayəsi ilə 1864-cü ildə inşa edilmiş bu sututar bölgənin həm içməli, həm də suvarma suyunun təminatında önəmli paya sahibdir. Bu hövzə həm 350 hektar sahənin suvarılmasında, həm də içməli su kapitajlarının qidalanmasında mühüm rol oynayır.