Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində Regional Su Meliorasiya Xidməti publik hüquqi şəxsin Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Malik Rzayev: Uzun müddət "Qanlıgöl" sututarının su buraxıcı qülləsində təmir-bərpa işlərinin aparılmaması həmin qüllənin müəyyən hissəsinin yararsız hala düşməsinə səbəb olub ki, bu da müəyyən ərazilərin su təminatında böyük problemlərə yol açıb. Lakin aparılan təmir-bərpa işlərindən sonra ümumilikdə 850 min kubmetr tutumu olan sututarının artıq 830 min kubmetri, yəni, təqribən 97 faizi dolub, bu da bölgə üçün mühüm əhəmiyyət kəsb edir. Qlobal səviyyədə baş verən proseslər sututarlarına diqqət yetirməyi vacib sayır. Hər il biz yağıntıların azaldığını müşahidə edirik. Bu il də Naxçıvanda su ilə bağlı həyəcan təbili çalınır. Sututarlarımızda suyun azlığı bizə əsas verir ki, "Qanlıgöl" sututarına bənzər layihələri həyata keçirək.