image

Qapalı suvarma və drenaj şəbəkəsinin xətlərində cari təmir-bərpa işləri aparılır

Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin tabe idarəsi olan Kəngərli Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən 810 hektar torpaq sahəsini suvarma suyu ilə təmin edən qapalı suvarma və drenaj şəbəkəsinin xətlərində cari təmir-bərpa işləri aparılır. İdarə əməkdaşları tərəfindən drenaj xəttinin 350 metr hissəsində lildən təmizlənmə işləri aparılıb. Hazırda texnikalar ərazidə çalışır.