image

"Qara təpə" arxında lildən təmizləmə və təmir-bərpa işləri görülür

Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Ordubad rayon şöbəsi tərəfindən rayonun Sabirkənd kəndi ərazisində yerləşən, ümumi uzunluğu 6,1 km olan "Qara təpə" arxında lildən təmizləmə və təmir-bərpa işləri görülür. Həyata keçirilən tədbirlər çərçivəsində arxda suyun sərbəst axınının təmin olunması, suvarma imkanlarının və əkin sahələrinin su təminatının yaxşılaşdırılması məqsədilə lildən və çöküntülərdən təmizlik işləri aparılıb. Görülən işlər nəticəsində arxın 1,8 km hissəsində lildən təmizləmə işləri texnika vasitəsilə yerinə yetirilmiş, texnikanın işləməsinin mümkün olmadığı çətin relyefə malik sahələrdə isə 2,3 km hissə əl  ilə təmizlənmişdir. Qeyd edək ki, arxın təpəlik ərazidən keçən hissəsi uçub - dağıldığından istismar edilmirdi. Aparılan təmizləmə, təmir-bərpa işləri nəticəsində arxın istismarı bərpa edilib. Arx vasitəsilə 70 hektara yaxın torpaq sahəsinin suvarma suyu təmin edilir.