image

"Qaraçuq" kanalından əkin sahələrinə su aparan ana arxlarda lildən təmizləmə işləri aparılır

Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Babək rayon şöbəsi tərəfindən "Araz-2" nasos stansiyasının təzyiqli boru xəttindən əkin sahələrinə su verilməsini təmin edən ana arxda və "Qaraçuq" kanalından əkin sahələrinə su aparan ana arxlarda lildən təmizləmə işləri aparılır. Görülən təmizləmə tədbirləri nəticəsində suvarma suyunun fasiləsiz və daha səmərəli şəkildə əkin sahələrinə çatdırılması təmin olunur.