image

"Qaraçuq" kanalından Qaraxanbəy kəndinin əkin sahələrinə su aparan ana arxların lil və çöküntülərdən təmizlənmə işləri aparılır

Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Babək şöbəsi kənd təsərrüfatında suvarma imkanlarının yaxşılaşdırılması və su itkilərinin qarşısının alınması istiqamətində tədbirlərini davam etdirir. Şöbə tərəfindən "Qaraçuq" kanalından Qaraxanbəy kəndinin əkin sahələrinə su aparan ana arxların lil və çöküntülərdən təmizlənmə işləri aparılır. 
Görülən işlər nəticəsində suyun axını bərpa olunur, su itkilərinin qarşısı alınır, əkin sahələrinin suvarılması daha səmərəli təşkil edilir.