Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Şahbuz rayon şöbəsi tərəfindən rayonun Şahbuzkənd kəndi ərazisində yerləşən “Qaramalıq” arxında lildən və çöküntülərdən təmizləmə işləri həyata keçirilir. Aparılan tədbirlər çərçivəsində ümumi uzunluğu 4 km olan arxın 0,94 kilometri çöküntülərdən təmizlənib. İşlər mərhələli şəkildə davam etdirilir.