Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Kəngərli rayon şöbəsi tərəfindən rayonun Qıvraq qəsəbəsinin əkin sahələrini suvarma suyu ilə təmin edən kanaldan çıxan arxlar lil və çöküntülərdən təmizlənir. Ümumi uzunluğu 450 metr olan arxın 200 metr məsafəsində işlər artıq yekunlaşıb. Görülən tədbirlər nəticəsində suyun axını bərpa olunur, suvarma sularının əkin sahələrinə maneəsiz çatdırılması təmin edilir.