Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Şahbuz rayon şöbəsi tərəfindən rayon ərazisində yerləşən uzunluğu 10 km olan "Quru arx" kanalında lildən təmizləmə işləri aparılır. Görülən işlər çərçivəsində arxın 820 metri lil və çöküntülərdən tam təmizlənmişdir. Hazırda işlər plan üzrə davam etdirilir.