Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Şahbuz rayon şöbəsi tərəfindən rayon ərazisində yerləşən uzunluğu 10 km olan "Quru arx" kanalında lildən təmizləmə işləri davam etdirilir. Görülən işlər çərçivəsində kanalın 3.8 kilometri lil və çöküntülərdən təmizlənmişdir. Hazırda ərazidə təmizləmə işləri davam etdirilir.