image

Ramazan ayı və Novruz bayramı münasibətilə tədbir keçirilib.

Su Ehtiyatları Agentliyi İşçilərinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsi və Aqrar, Ekologiya və Su Təsərrüfatı İşçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində Regional Su Meliorasiya Xidməti publik hüquqi şəxsin Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti publik hüquqi şəxsin Naxçıvan şəhər Sukanal İdarəsinin və ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 14 saylı Naxçıvan Regional bölməsinin rəhbər heyəti və əməkdaşları müqəddəs Ramazan ayı və qarşıdan gələn Novruz bayramı münasibətilə təşkil olunmuş iftar süfrəsində bir araya gəliblər.
Səmimi və mehriban mühitdə keçən görüş zamanı Ramazan ayının insanları birləşdirən, paylaşma və mərhəmət kimi ali dəyərləri təbliğ edən mənəvi mahiyyətindən, eləcə də Novruz bayramının xalqımızın milli-mənəvi dəyərlər sistemindəki xüsusi yerindən geniş bəhs olunub. Qeyd edilib ki, həm Ramazan, həm də Novruz insanlar arasında birlik, həmrəylik və yenilənmə ruhunu gücləndirən mühüm amillərdir.
Çıxış edənlər bildiriblər ki, belə görüşlər kollektiv daxilində qarşılıqlı anlaşmanın möhkəmlənməsinə, əməkdaşlıq münasibətlərinin daha da inkişafına mühüm töhfə verir. Eyni zamanda dövlətimizin su təsərrüfatı sahəsinə göstərdiyi diqqət və qayğıdan söz açılıb, həyata keçirilən layihələr, görülən işlər və qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb.
Görüş iştirakçıları müqəddəs Ramazan ayının və Novruz bayramının ölkəmizə sülh, əmin-amanlıq, firavanlıq və ruzi-bərəkət gətirməsi arzularını ifadə ediblər.