image

Regional Su Meliorasiya Xidmətində regionlar üzrə müşavirələr təşkil olunub

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyevin tapşırığı ilə 2025-ci il iyulun 29-da keçirilən onlayn müşavirənin davamı olaraq, İdarə Heyətinin sədr müavini İlham Quliyevin rəhbərliyi ilə 12 avqust tarixində Naxçıvan şəhərində regional müşavirə təşkil olunub.

Müşavirə zamanı 2025-ci ilin birinci yarımili üzrə görülən işlər təhlil edilib, yerli idarənin mövcud problemləri dinlənilib, müvafiq qərarlar qəbul edilib və aidiyyəti üzrə tapşırıqlar verilib.