Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən Şahbuz rayonunun Şada kəndində əhalinin içməli suya təminatını yaxşılaşdırmaq məqsədilə içməli su xəttinin çəkilməsi işi həyata keçirilib. Layihə çərçivəsində diametri 75 mm olan 300 metr uzunluğunda aparıcı plastik boru xətti çəkilib. Həmçinin 24 çıxışlı 1 ədəd supaylayıcı qurğu quraşdırılıb. Görülən bu işlər kənd sakinlərinin dayanıqlı və keyfiyyətli içməli su ilə təmin olunmasına xidmət edir.