Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Culfa rayon şöbəsi tərəfindən Xoşgəri çayından qidalanan, Dizə kəndinin əkin və həyətyanı sahələrini suvarma suyu ilə təmin edən 2 kilometr uzunluğunda "Şah" arxı lil və çöküntülərdən təmizlənərək suvarma üçün hazır vəziyyətə gətirilib.