Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Şahbuz rayon şöbəsi tərəfindən Şahbuz qəsəbəsi ərazisində suvarma arxının lil və çöküntülərdən təmizlənməsi işləri həyata keçirilir. Görülən işlər çərçivəsində ümumi uzunluğu1000 metr olan arxın 850 metri lil və çöküntülərdən təmizlənmişdir. Hal-hazırda işlər davam etdirilir.