Naxçıvan Muxtar Respublikası Prokurorluğunun və Şahbuz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şahbuz rayon İcra Hakimiyyətində “Sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin edilməsi məqsədilə ətraf mühitin mühafizəsi, o cümlədən sudan səmərəli və qanuni istifadə” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Şahbuz rayon İcra Hakimiyyəti aparatının Hüquq və Kadr məsələləri sektorunun müdiri Sevindik Abdullayev açaraq mövzunun əhəmiyyətindən danışıb.
Tədbirdə Muxtar Respublika Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi Faiq Səfərov, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində Regional Su Meliorasiya Xidməti publik hüquqi şəxsin Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin şöbə müdiri Fərman Fərzəliyev, Naxçıvan Dövlət Universitetinin əməkdaşı Cabbar Nəcəfov, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 14 saylı Naxçıvan regional bölməsinin əməkdaşı Səmra Mehrəliyeva mövzu ilə bağlı çıxış edərək sağlam ətraf mühitdə yaşamağın hər kəsin əsas konstitusiya hüququ olduğunu, bu hüququn təmin edilməsi üçün ekoloji tarazlığın qorunmasının, ətraf mühitin çirklənmədən mühafizəsinin, su ehtiyatlarından qanunvericiliyə uyğun və israfçılığa yol vermədən səmərəli istifadənin, ətraf mühitin sağlamlaşdırılması və su ehtiyatlarının qorunması məqsədilə suyun məişətdə və təsərrüfatda israf edilməməsinin, müasir suvarma sistemlərindən istifadə edilməsinin vacibliyini vurğulayıblar.
Tədbir zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.