image

Şahbuz rayonunda sel nəticəsində zədələnmiş su xətti bərpa olunub

Cari ilin mayın 24-də Şahbuz rayonunda əlverişsiz hava şəraiti ilə əlaqədar baş verən sel hadisəsi nəticəsində rayonun Bayraq Meydanı ərazisində yerləşən yaşıllıq sahələrinin suvarılmasına xidmət edən subartezian quyusunun boru xətti ciddi zədələnərək istismara yararsız vəziyyətə düşmüşdür.
Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən həyata keçirilən bərpa işləri çərçivəsində zədələnmiş su xətti təmir edilərək istismara verilmiş, yaşıllıq sahələrinin suvarılması təmin edilmişdir.
Görülən işlər nəticəsində suvarma sisteminin fasiləsiz fəaliyyəti təmin olunmuş, yaşıllıq sahələrinin su təminatı tam bərpa edilmişdir.