image

Şahbuz rayonunda vətəndaş qəbulu keçiriləcək

Mayın 14-də Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində Regional Su Meliorasiya Xidməti publik hüquqi şəxsin Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Malik Rzayev və ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 14 saylı Naxçıvan Regional bölməsinin rəisi Səttar Nəsirov Şahbuz Rayon İcra Hakimiyyətinin inzibati binasında Şahbuz rayon sakinlərini qəbul edəcəklər.
Qəbul zamanı vətəndaşların qurumların  səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar müvafiq tədbirlər görüləcək.