Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin tabe idarəsi olan Şahbuz Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən rayonun və ətraf kəndlərinin içməli su təminatını yaxşılaşdırmaq üçün işlər davam etdirilir. Rayona gələn içməli su xəttinə əlavə qoşulmalar etmək üçün rayonun “Cin” dağı adlanan ərazisində yolun hamarlanması işləri yekunlaşıb. Hazırda İdarə əməkdaşları tərəfindən diametri 110 millimetrlik plastik borularla ümumi uzunluğu 1400 metr olan xəttin çəkilişinə başlanılıb. Görülən işlər yekunlaşdıqdan sonra rayon və ətraf kəndlərin içməli su təminatı ödənəcək.