Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Şahbuz rayon şöbəsi tərəfindən şəhər sakini Rizvan Orucovun yaşadığı ünvanda kanalizasiya xəttinin çəkilişi həyata keçirilib. Layihə çərçivəsində 19 metr uzunluğunda kanalizasiya boru xətti çəkilib, beton həlqə quraşdırılıb. Sonra xəttin üstü bastırılaraq ərazidə abadlıq və təmizlik işləri aparılıb. Görülən işlər nəticəsində kanalizasiya sistemi tam istifadəyə yararlı vəziyyətə gətirilərək vətəndaşa təhvil verilib.