Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən əhalinin içməli və suvarma su təminatının yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində mövcud su təsərrüfatı infrastrukturu mərhələli şəkildə yenilənir, qəzalı vəziyyətdə olan xətlər bərpa edilir və yeni boru xətləri çəkilir. Görülən işlər çərçivəsində Şahbuz şəhərinin subartezian su xəttinin uzun illər istismar olunması nəticəsində ciddi aşınmaya məruz qalmış 500 metrlik hissəsində təmir-bərpa işləri aparılıb. İstismar müddətini başa vurmuş köhnə xətt yenisi ilə əvəzlənərək həmin sahədə 75 mm diametrli plastik boru xətti çəkilib. İşlər qısa zamanda yekunlaşıb və yeni su xətti sakinlərin istifadəsinə verilib.