image

Şahbuzkənd Qaramalıq arxı lil və çöküntülərdən təmizlənir

Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin tabe idarəsi olan Şahbuz Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən uzunluğu 5 kilometr olan Şahbuzkənd Qaramalıq arxı lil və çöküntülərdən təmizlənir. 54 hektar torpaq sahəsini suvarma suyu ilə təmin edən arxın 150 metr hissəsində işlər yekunlaşıb. Şahbuzkənd Qaramalıq arxı vasitəsilə həm də Şahbuzkənd gölü doldurulur ki, bu göl ilə ətraf ərazilərdə yerləşən quyu və bulaqlar qidalanır.