Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Şahbuz rayon şöbəsi tərəfindən Şahbuzkənd və Sələsüz kəndi ərazisində arxların lildən təmizlənməsi işləri görülüb. Aparılan işlər çərçivəsində arxlarda yığılan lil və çöküntülər xüsusi texnika vasitəsilə təmizlənib, arxların ötürücülük qabiliyyəti artırılıb.