image

"Şamlar" arxında lildən təmizləmə işləri davam etdirilir

Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Şahbuz rayon şöbəsi tərəfindən "Şamlar" arxında lildən təmizləmə işləri davam etdirilir. Ümumi uzunluğu 6 kilometr olan arxın 3500 metr məsafəsində işlər yekunlaşıb. 
Aparılan tədbirlər nəticəsində arxın suötürücülük qabiliyyəti bərpa edilir, su itkisi minimuma endirilir.