Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Şahbuz rayon şöbəsi tərəfindən “Şamlar” arxında lildən təmizləmə işləri davam etdirilir. Ümumi uzunluğu 10.31 kilometr olan arxın 1.22 kilometri təmizlənib, texnikanın hərəkəti mümkün olmayan hissələrində isə təmizləmə işləri əl üsulu ilə aparılır.