Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Şahbuz rayon şöbəsi tərəfindən əkin sahələrinin su təminatının yaxşılaşdırılması və suyun maneəsiz ötürülməsi məqsədilə "Şamlar" arxında lildən və çöküntülərdən təmizləmə işləri görülür. Aparılan tədbirlər nəticəsində arxın suötürücülük qabiliyyəti bərpa edilir, su itkisi minimuma endirilir.