Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Şahbuz rayon şöbəsi tərəfindən “Şamlar” arxında lil təmizləmə işləri davam etdirilir. Ümumi uzunluğu 6 kilometr olan arxın 4200 metr hissəsində işlər artıq yekunlaşıb. Görülən tədbirlər nəticəsində arxın suötürücülük qabiliyyəti bərpa olunur, su itkisi isə minimuma endirilir. Bu isə suvarma mövsümündə kənd təsərrüfatı sahələrinin səmərəli su təminatına şərait yaradır.