image

"Sədərək - 3" kanalında meliorativ tədbirlər görülür

Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin tabe idarəsi olan Sədərək Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən həyətyanı torpaq sahələrinin su təminatını yaxşılaşdırmaq üçün "Sədərək - 3" kanalında meliorativ tədbirlər görülür. Artıq kanalın 980 metr məsafəsində lildən və çöküntülərdən təmizləmə işləri görülüb, hazırda işlər davam etdirilir.