image

Sədərək rayonunda vətəndaş qəbulu keçiriləcək

14 avqust 2024-cü il tarixində Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini Malik Rzayev tərəfindən saat 10:00-dan 13:00-dək Sədərək Rayon İcra Hakimiyyətində Sədərək rayon sakinlərinin qəbulu keçiriləcək. 
Qəbula gələn vətəndaşların qeydiyyatı 13 avqust  2024-cü il tarixində saat 10:00-dan 13:00-dək Sədərək Rayon İcra Hakimiyyətində aparılacaq. Qəbulda və qeydiyyatda iştirak edən vətəndaşların şəxsiyyət vəsiqələri ilə gəlmələri xahiş olunur.