image

“Səfər” kəhrizi Türkeş kənd sakinlərinin içməli və suvarma su ehtiyacını təmin edir

Şahbuz rayonunun Türkeş kəndində  yerləşən “Səfər” kəhrizi kənddə olan 3 qədim kəhrizdən biridir. Təxminən 3 əsrə yaxın yaşı olan kəhrizin ümumi uzunluğu 500 metr, dərinliyi 16 metrdir. Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşları tərəfindən 2021-ci ildə əsaslı təmir edilən kəhrizdə quyu və kürələr təmizlənib, kəhrizin orta hissəsində su itirən yerə 60 metr uzunluğunda 150 milli metrlik koruge boru salınaraq suyun keçilməsi təmin olub. Lakin mövsümün quraq keçməsi ilə əlaqədar olaraq kəhrizin suyu 2021-ci ilin ikinci yarısında tamamilə qurumuşdur.
Cari ildə havaların yağıntılı keçməsi ilə yenidən kəhrizin suyundan istifadə etmək mümkün olub. Belə ki, Agentliyin əməkdaşları tərəfindən kəhriz cari təmir olunub. Haliyədə saniyədə 8 litr su sərfi olan kəhrizin suyundan kənd sakinləri istifadə edirlər.