Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Şərur rayon şöbəsi tərəfindən rayonun Şəhriyar kəndi ərazisində yerləşən, ümumi uzunluğu 4.10 kilometr olan kənd arxında lildən təmizləmə işləri həyata keçirilir. Aparılan meliorativ tədbirlər çərçivəsində arxın 1.26 kilometri təmizlənib. Təmizləmə işləri davam etdirilir.