image

"Sələsüz kənd arxı"nın lildən təmizləmə işləri həyata keçirilir

Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Şahbuz rayon şöbəsi tərəfindən "Sələsüz kənd arxı"nın lildən təmizləmə işləri həyata keçirilir. Görülən işlər çərçivəsində ümumi uzunluğu 3.5 kilometr olan kənd arxının  0.50 kilometri lil və çöküntülərdən təmizlənib. Meliorativ tədbirlər davam etdirilir.