Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Şahbuz rayon şöbəsi tərəfindən Sələsüz kənd kaptajının diametri 160 millimetr olan boru xəttində yaranmış nasazlıqların aradan qaldırılması məqsədilə təmir-bərpa işləri aparılır. Görülən işlər çərçivəsində boru xəttinin zədələnmiş hissələrinin bərpası, suyun fasiləsiz və təhlükəsiz axınının təmin edilməsi üçün müvafiq texniki tədbirlər görülür.