image

Selin vurduğu zərərlər aradan qaldırılır

Mayın 24-də yağan güclü yağışlar nəticəsində Şahbuz rayonunda baş verən sel bir sıra suvarma obyektlərinə ziyan vurmuş, sel suları subartezian quyularını lil və çöküntü ilə doldurmuş, nəticədə onların fəaliyyəti müvəqqəti dayanmışdı.

Bununla əlaqədar Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən zərər görmüş subartezian quyularından lildən təmizləmə və bərpa işləri aparılıb. Görülən işlər nəticəsində rayonun Kolanı kəndinin yolqırağı yaşıllıqlarına və Bayraq Meydanı ərazisində yerləşən yaşıllıq sahələrinin, iməcilik sahələrinin suvarılmasına xidmət edən subartezian quyuları, həmçinin "İşgəsu" kaptajı selin gətirdiyi lil və çöküntülərdən təmizlənərək yenidən işlək vəziyyətə gətirilib.

Hazırda həmin ərazilərdə yaşıllıqların suvarılması davam etdirilir.