image

Şərur Rayon İcra Hakimiyyətində maarifləndirici tədbir keçirilib

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində Regional Su Meliorasiya Xidməti publik hüquqi şəxsin Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi və Şərur Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şərur Rayon İcra Hakimiyyətində maarifləndirici tədbir keçirilib.Tədbirdə Şərur rayonunda yeni fəaliyyətə başlamış Şərur  Sudan İstifadəedənlər Birliyinin (SİB) fəaliyyəti, qarşıda duran vəzifələr, suvarma xidmətlərinin təşkili və su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi istiqamətində görüləcək işlər barədə ətraflı məlumat verilib.

Tədbirdə çıxış edən Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov SİB-lərin fəaliyyətinin kənd təsərrüfatının inkişafı, suvarma xidmətlərinin keyfiyyətinin artırılması və fermerlərin maraqlarının qorunması baxımından əhəmiyyətini vurğulayıb.
Daha sonra çıxış edən Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Malik Rzayev SİB-lərin yaradılmasının məqsədi, fəaliyyət istiqamətləri və kənd təsərrüfatı istehsalçılarının suvarma suyu ilə təminatının yaxşılaşdırılmasında bu qurumların rolu barədə danışıb. 
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb və Sudan İstifadəedənlər Birliyinin fəaliyyətinin təşkili ilə bağlı müzakirələr keçirilib.