Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Şərur rayon şöbəsi tərəfindən payız suvarma mövsümünə hazırlıq məqsədilə təmizlik və bərpa işləri davam etdirilir. Görülən işlər çərçivəsində rayonun Oğlanqala, Mahmudkənd, İbadulla, Cəlilkənd, Diyadin və Tumaslı kəndlərində yerləşən kollektor və suvarma arxlarında lil təmizlənməsi işləri aparılıb.