Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Şərur rayon şöbəsi tərəfindən Şərur rayonu ərazisində yerləşən Püsyan kollektorunda təmizləmə işləri aparılır. Görülən işlər çərçivəsində ümumi uzunluğu 10 kilometr olan kollektorun 3.35 kilometri lil və digər çöküntülərdən təmizlənmişdir. Hazırda ərazidə təmizləmə işləri mərhələli şəkildə davam etdirilir.