Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Şərur rayon şöbəsi tərəfindən yaşıllıq sahələrinin qorunması və bərpası istiqamətində tədbirlər davam etdirilir. Bu çərçivədə Dizə tut bağında quruyan tut ağaclarının yerinə 200 ədəd yeni tut ağacı əkilmişdir. Əkilən ağacların normal inkişafını təmin etmək məqsədilə onların suvarılması həyata keçirilmişdir.