Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Şərur rayon şöbəsi tərəfindən rayonun Cəlilkənd, Tumaslı, İbadulla, Mahmudkənd və Çəmənli kəndlərində suvarma arxları, həmçinin Diyadin kollektorunda lildən təmizləmə işləri aparılıb.Görülən işlər nəticəsində arxlarda suyun axını bərpa olunub, əkin sahələrinin su təminatının yaxşılaşdırılması təmin edilib.