Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Şərur rayon şöbəsi tərəfindən rayon ərazisində yerləşən Tumaslı və Püsyan kənd kollektorları, Mahmudkənd və Oğlanqala suvarma kanallarında lildən təmizləmə işləri həyata keçirilib. Aparılan işlər nəticəsində kanalların keçirmə qabiliyyəti bərpa olunub, kənd təsərrüfatı sahələrinə suvarma suyunun səmərəli və itkiyə yol verilmədən çatdırılması təmin edilib.