image

Şərur rayonunda kollektor və suvarma arxlarında təmizləmə işləri aparılır

Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Şərur rayon şöbəsi tərəfindən torpaq sahələrinə suyun fasiləsiz verilməsini təmin etmək məqsədilə Oğlanqala, Mahmudkənd, Cəlilkənd, İbadulla, Tumaslı və Diyadin kəndlərində kollektor və suvarma arxlarında təmizləmə işləri aparılır. Görülən işlər nəticəsində arx və kollektorların dibində yığılan lil və çöküntülər çıxarılaraq suyun axını bərpa olunur.